Azərbaycan yığmasının oyunçusu İspaniya klubuna keçdi

5 İyul 2019 16:24 Voleybol 1 025
Azərbaycan yığmasının oyunçusu İspaniya klubuna keçdi

Azərbaycan millisinin voleybolçusu Dmitri Baranov karyerasını İspaniyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı blokçu “Almeriya” ilə müqavilə imzalayıb.

Milliləşdirilmiş blokçu ən azı 1 il bu komandada çıxış edəcək. O, özünü yaxşı tərəfdən göstərəcəyi halda, müqavilə müddəti artırıla da bilər.

Azərbaycanda “Lokomotiv” ilə ölkə çempionu olan D. Baranovun yeni komandası bu mövsüm “Çelenc Cup”da da oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…