"Düzdü, futbol daha məşhurdu, amma düşünürəm ki..."

5 İyul 2019 14:48 Voleybol 632
"Düzdü, futbol daha məşhurdu, amma düşünürəm ki..."

Braziliyanın Azərbaycandakı səfiri Manuel Da Kruz Bakıda Voleybol Mərkəzində qadınlardan ibarət milli komandanın üzvləri, məşqçi heyəti, həmçinin Azərbaycan Voleybol Federasiyasının rəsmiləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, səfir görüş zamanı komanda ilə tanışlığına şad olduğunu bildirib.

O, həmçinin Azərbaycan millisinin Braziliyada keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat Turnirində uğurlu çıxışına inam da ifadə edib:

“İdman insanları birləşdirir. Düzdür, futbol daha məşhurdur. Amma düşünürəm ki, voleybol da komanda idman növü kimi daha populyar və dinamikdi.

Sizi qarşıda çətin yarış gözləyir. Azərbaycan millisinin növbəti mərhələyə vəsiqə əldə edəcəyinə inanıram. Ümid edirəm ki, bu, sonuncu görüşümüz olmayacaq. Sizlərə uğurlar arzu edirəm”.

Görüşdə Azərbaycan yığmasının kapitanı Odina Əliyeva səfirə voleybolçuların imzası olan top və forma hədiyyə edib.

Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov isə qurumun atributlarını səfirə təqdim edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti