Millimiz məşqləri bərpa etdi

25 İyun 2019 11:12 Voleybol 694
Millimiz məşqləri bərpa etdi

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra verilən 1 həftəlik istirahət başa çatıb.

Sportinfo.az xəbər verir ki, Olimpiya təsnifat oyunlarına hazırlıqlar başlayıb.

1-3 avqust tarixlərində Brazilyada təşkil olunacaq 2020 Olimpiya təsnifat mərhələsində iştirak edəcək komandamız bu gün məşqlərə start verib.

Qızıl Avropa Liqasında millimizin heyətində çıxış edən oyunçuların əksəriyyəti gənclər idi. Olimpiya təsnifat oyunlarında meydançada millimizin bütün oyunçularını görə bilərik.

Yığmamızın bütün oyunçuları Voleybol Mərkəzində məşqlərə qoşulublar. Millimiz iki komanda şəklində məşqləri keçir.

Olimpiya təsnifat mərhələsində iştirak edəcək oyunçuları baş məşqçisi Covanni Kaprara hazırda məşq edən iki komandadan seçəcək.

Millimiz D qrupunda Dominikan Respublikası, Kamerun və Brazilya yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…