"Qızıl Liqada əldə etdiyimiz nəticələrdən məmnunuq".
Sportinfo.az xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Covanni Kaprara Finlandiyaya məğlubiyyətdən sonra deyib.
Qızıl Avropa Liqası turnirində Belarus, İspaniya və Finlandiya ilə eyni qrupda yer alan millimiz keçirdiyi bütün oyunları məğlubiyyətlə başa vuraraq, sonuncu olub.
Buna baxmayaraq, italiyalı çalışdırıcı nəticədən razı qaldığını söyləyib: "Komandamız qısa müddətdə bir yerdə oldu.
Bizim əvvəlcə topun qəbulu ilə bağlı problemlərimiz oldu. Finlandiya çox yaxşı voleybol oynadı".

