Azərbaycan Gümüş Avropa Liqasını məğlubiyyətlə başa vurdu

16 İyun 2019 11:48 Voleybol 555
Azərbaycan Gümüş Avropa Liqasını məğlubiyyətlə başa vurdu

Kişi voleybolçular arasında Gümüş Avropa Liqasında VI turun oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, sonuncu tur çərçivəsində Azərbaycan yığması Danimarkanı qəbul edib.

Fərid Cəlalovun yetirmələri səfərdə olduğu kimi, evdə də rəqibi ilə bacarmayıblar. Komandamız danimarkalılara 0:3 hesabı ilə uduzub.

Yığmamızın yer aldığı B qrupunun digər matçında Gürcüstan və Rumıniya üz-üzə gəlib. Qarşılaşma 3:0 hesabı ilə rumınların xeyrinə yekunlaşıb.

Beləliklə, keçirdiyi bütün oyunlarda qalib gələn Rumıniya qrup birincisi kimi finala yüksəlib. Danimarkanın ikinci olduğu qrupda təmsilçimiz üçüncü, Gürcüstan sonuncu yeri tutub.

Azərbaycan – Danimarka - 0:3 (17:25, 20:25, 18:25)
Hakimlər: Sebastian Vidlarz (Gürcüstan), Eldar Zülfüqarov (Azərbaycan)
Bakı. Voleybol Mərkəzi

N

Ölkə

O

Q

M

S

T

X

1

Rumıniya

6

6

0

18-2

505-392

18

2

Danimarka

6

4

2

12-6

428-357

12

3

Azərbaycan

6

2

4

8-13

452-459

6

4

Gürcüstan

6

6

6

1-18

291-468

0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!