Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun oyunlarına start verilib.
Sportinfo.az xəbər verir ki, VI turun ilk görüşü Finlandiya və Azərbaycan arasında keçirilib.
C qrupunda yer alan komandamız axırıncı matçında da qələbə qazana bilməyib. İtaliyalı Covanni Kapraranın rəhbərliyi altında çıxış edən millimiz altıncı oyununu da məğlubiyyətlə başa vurub.
Mikkelidə baş tutan qarşılaşmada Finlandiya 3:2 hesabı ilə qələbə qazanıb. Təmsilçimiz 0:2 hesabı ilə geri düşdükdən sonra matçda status-kvonu bərpa etsə də, bundan artığına gücü çatmayıb.
Qələbə qazanan rəqib qrupu üçüncü yerdə başa vurub. Komandamız isə mövsümə sonuncu yerdə vida edib.
Qrupumuzun digər oyununda İspaniya Belarusla üz-üzə gələcək. İkincilər 1 xal qazanacaqları halda "Dördlər finalı"na yüksələcəklər.
Finlandiya - Azərbaycan - 3:2 (25:19, 29:27, 27:29, 19:25, 15:13)
Hakimlər: Andrius Qarqasas (Litva), Ari Yokelaynen (Finlandiya)
Mikkeli, Şəhər Stadionunun zalı
|
N |
Ölkə |
O |
Q |
M |
S |
T |
X |
|
1 |
Belarus |
5 |
5 |
0 |
15-4 |
472-376 |
14 |
|
2 |
İspaniya |
5 |
4 |
1 |
13-5 |
417-385 |
12 |
|
3 |
Finlandiya |
6 |
2 |
4 |
8-15 |
492-537 |
5 |
|
4 |
Azərbaycan |
6 |
0 |
6 |
6-18 |
505-589 |
2 |

