"Bu, məğlubiyyətin əsas səbəblərindəndi" - Yığmamızın baş məşqçisi

12 İyun 2019 16:36 Voleybol 719
"Bu, məğlubiyyətin əsas səbəblərindəndi" - Yığmamızın baş məşqçisi

"Gürcüstanla görüş üçün məşqlərimizi başa vurduq".

Matc.az xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov deyib.

Yığma komandamız Gümüş Avropa Liqasında bu gün Gürcüstanla qarşılaşacaq. Qarşıdakı oyunla bağlı açıqlama verən Cəlalov hədəflərinin qələbə qazanmaq olduğunu bildirib:

"Səfərdə rəqibimizi 3:1 hesabı ilə məğlub etmişdik. Qrupda 3-cü yerdəyik, deyə bilərəm ki, komandamız həvəslə mübarizə aparır, oyunçular oyun zamanı bir-birlərinə kömək edirlər.

Amma bəzilərinin tam formada olmaması, əsas oyun qurucumuzun çıxış etməməsi məğlub olmağımızın əsas səbəblərindəndi.

Buna baxmayaraq, hər görüşə qələbə üçün çıxırıq, sona kimi mübarizə aparırıq. Gürcüstanla da gözəl oyun göstərməyə çalışacağıq".

Voleybol Mərkəzində keçiriləcək Azərbaycan – Gürcüstan oyunu 17:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!