Millimizin kapitanı: "Çox səhvlərə yol verdik, oynaya bilmədim"

4 İyun 2019 13:12 Voleybol 751
Millimizin kapitanı: "Çox səhvlərə yol verdik, oynaya bilmədim"

“Oyuna pis başladıq, amma üçüncü hissədə toparlanıb, qalib gəlsək də ardını gətirə bilmədik”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib.

Komandamızın kapitanı Qızıl Avropa Liqasında Finlandiyaya 1:3 hesablı məğlubiyyətin səbəbini açıqlayıb. O bildirib ki, rəqiblə müqayisə daha çox səhv etdikləri üçün qələbə qazana bilməyiblər.

Azərbaycan millisi daha öncə Belarus və İspaniyaya da uduzub: “Düşünürəm ki, II turda ispanlarla oyundan fərqli, daha yaxşı oynadıq.

Amma çox səhvlərə yol verdik. Rəqibimiz sürətli hücum edirdi. Buna görə də blokda istədiyim kimi oynaya bilmədim. Ümid edirəm ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…