Yığmanın baş məşqçisi ardıcıl məğlubiyyətlərin səbəbi haqda

3 İyun 2019 08:36 Voleybol 621
Yığmanın baş məşqçisi ardıcıl məğlubiyyətlərin səbəbi haqda

"İlk hissədə çox pis oynadıq, top qəbulunda və hücumda lazımı oyunu göstərə bilmədik".

Sportinfo.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Covanni Kaprara deyib.

İtaliyalı mütəxəssis yığmamızla ardıcıl üçüncü məğlubiyyətini şərh edib. O bildirib ki, Qızıl Avropa Liqasında Belarus, İspaniyanın ardından Finlandiyaya 1:3 hesablı uduzmaq komandanın hazır olmamasından irəli gəlir:

"Ön xətdə lazımı mövqeyi seçə bilmədik. Amma sonra toparlandıq, yaxşı oynamağa başladıq. IV setdə isə çox bağışlanmaz səhvlər etdik.

Rəqib fərqli və sürətli oyun nümayiş etdirdiyindən onlarla oynamaq çətin idi. Biz iki həftədir toplaşdığımızdan birgə məşqlər üçün çox vaxtımız olmayıb.

İnanıram ki, qarşıdakı görüşlərdə daha yaxşı oynayacağıq. Oyunçularımdan razıyam. Hər top uğrunda mübarizə aparmağa çalışırlar. Ümid edirəm ki, yaxşı olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!