Azərbaycan Qızıl Avropa Liqasında ardıcıl 3-cü dəfə uduzdu

3 İyun 2019 00:20 Voleybol 830
Azərbaycan Qızıl Avropa Liqasında ardıcıl 3-cü dəfə uduzdu

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında III tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son qarşılaşması Bakıda baş tutub.

C qrupunda yer alan Azərbaycan millisi Finlandiya ilə üz-üzə gəlib. İlk 2 görüşdə qələbə qazana bilməyən Covanni Kapraranın yetirmələri bu dəfə də məğlubiyyətə üzülüblər.

Belə ki, birinci hissədə 17:25 hesabı ilə uduzan komandamız ikinci setdə 16 xal qazanmağı bacarıb - 16:25.

Üçüncü hissə təmsilçimizin aktivinə yazılsa da, millimizin bundan artığına gücü çatmayıb. Dördüncü setdə də qələbə qazanan rəqib mövsümdə ilk qələbəsini Bakıda əldə edib - 3:1.

Nəticədə komandamız turnir cədvəlində sonuncu pilləyə enib. Qrupumuzun digər oyununda Belarus İspaniya ilə qarşılaşıb.

Minskdə keçirilən matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə belarusluları vahid liderə çevirib.

Voleybolçularımız növbəti turda evdə Belarusu qəbul edəcək. Qarşılaşma iyunun 8-də olacaq.

Azərbaycan - Finlandiya 1:3 (17:25, 16:25, 25:19, 22:25)
Hakimlər:
Hadica Yıldız (Türkiyə), Zaur Hacıyev (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

N

Ölkə

O

Q

M

S

T

X

1

Belarus

3

3

0

9-3

285-223

8

2

İspaniya

3

2

1

7-4

243-235

6

3

Finlandiya

3

1

2

4-7

235-251

3

4

Azərbaycan

3

0

3

3-9

232-286

1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!