"Komandamın çıxışından razıyam" - Yığmanın baş məşqçisi

2 İyun 2019 08:24 Voleybol 600
"Komandamın çıxışından razıyam" - Yığmanın baş məşqçisi

"Finlandiya ilə oyunumuz da çətin olacaq, çünki İspaniya kimi, onlar da sürətli voleybol oynayır".

Sportinfo.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Covanni Kaprara deyib.

İtaliyalı mütəxəssis Qızıl Avropa Liqası çərçivəsində bu gün Finlandiya ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

O, komandasından razılıq bildirib: "Məşqlərimizi davam etdiririk, qızlar tapşırıqlarımı daha yaxşı yerinə yetirmə çalışırlar.

Yığmamızın oyunçusu Odina Əliyeva da bir neçə gündü məşqlərə start verib.

Düzdü, Finaldiya ilə görüşdə onu meydançada görə bilməyəcəksiniz, amma qarşıdakı oyunlarda Odina da bizimlə birgə mübarizəyə qoşulacaq.

Komandamın çıxışından razıyam. İnanıram ki, növbəti oyunlarda daha yaxşı oyun göstərəcəyik".

Yığmamız Qızıl Avropa Liqasının C qrupunda keçirdiyi ilk iki qarşılaşmada Belarus (2:3) və İspaniyaya (0:3) məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!