"Daha çox səhvlər etdik, rəqib asan qələbə qazandı" - Millimizin üzvü

1 İyun 2019 10:48 Voleybol 738
"Daha çox səhvlər etdik, rəqib asan qələbə qazandı" - Millimizin üzvü

"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".

Sportinfo.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yana Əzimova deyib.

Qızıl Avropa Liqasının II turunda İspaniyanı qəbul edən komandamız 0:3 hesablı məğlubiyyətə düçar olub.

Əzimova rəqibin asan qələbə qazandığını söyləyib:

"İlk oyunla müqayisədə bu dəfə komanda oyunu göstərə bilmədik və daha çox səhvlər etdik ki, bu da rəqibin asan qələbə qazanmasına səbəb oldu.

Məşqçimizin rəhbərliyi altında daha çox çalışıb, etdiyimiz səhvləri növbəti oyunlarda təkrarlamamağa səy göstərəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…