Qadın voleybolçular arasında təşkil edilən Qızıl Avropa Liqası turnirində II turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan yığması İspaniya ilə qarşılaşıb.
İlk tur çərçivəsində Minskdə Belarus millisinə uduzan (2:3) komandamız yenə çətin oyun keçirib. Mübarizəyə Finlandiya üzərində səfər qələbəsi (3:1) ilə başlayan ispaniyalılar uğurlu seriyanı davam etdiriblər.
İtaliyalı mütəxəssis Covanni Kapraranın çalışdırdığı yığmamız Belarusla görüşdə olduğu kimi, bu dəfə də gənc voleybolçulara güvənib.
Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupumuzun digər görüşündə Belarus Finlandiyanı 3:0 hesabı ilə məğlub edib.
Azərbaycan - İspaniya - 0:3 (21:25, 24:26, 14:25)
Hakimlər: Matias Evald (Makedoniya), Zaur Hacıyev (Azərbaycan)
Hakimlər: Matias Evald (Almaniya), Zaur Hacıyev (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi
|
N |
Ölkə |
O |
Q |
M |
S |
T |
X |
|
1 |
İspaniya |
2 |
2 |
0 |
6-1 |
172-141 |
6 |
|
2 |
Belarus |
2 |
2 |
0 |
6-2 |
191-152 |
5 |
|
3 |
Azərbaycan |
2 |
0 |
2 |
2-6 |
152-192 |
1 |
|
4 |
Finlandiya |
2 |
0 |
2 |
1-6 |
141-171 |
0 |

