Azərbaycan çempionu olan klubun prezidenti sevincini qızlarla bölüşdü - VİDEO

9 May 23:40 Voleybol 795
Azərbaycan çempionu olan klubun prezidenti sevincini qızlarla bölüşdü - VİDEO

"Turan" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olub.

Tovuz təmsilçisi qızıl medal uğrunda görüşdə "DH Volley" ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş "Turan"ın 3:1 (15:25, 25:21, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb.

Qərb bölgəsinin komandasının prezidenti Həsən Zeynalov qazanılan uğura çılğın reaksiya göstərib.

O, qarşılaşma başa çatan kimi tribunadan meydançaya enib və sevincini oyunçularla bölüşüb. Bu anlar sosial şəbəkələrdə viral olub.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM