Çempion baş məşqçi və bir neçə oyunçu ilə müqaviləni uzatdı

08:40 Voleybol 103
Çempion baş məşqçi və bir neçə oyunçu ilə müqaviləni uzatdı

“Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olan “Xilasedici” baş məşqçi və bir neçə oyunçusu ilə müqavilənin müddətini uzadıb”.

Sportinfo.az xəbər verir ki, bu barədə “klubun meneceri Onat Kurt deyib.

“Bizi çempion edən baş məşqçi Cəlil Cəlilov növbəti ildə də komandanın başında olacaq.

Voleybolçulardan Qustavo Almora, Luis Enrike Reyes, Dauda Yakubu, Vüqar Bayramov və Asif Əliyevlə də sözləşmə uzadılıb”, - deyə funksioner AZƏRTAC-a açıqlamasında bildirib.

O, 2-3 transfer edəcəklərini də qeyd edib.

“Xilasedici” finalda “Ordu”nu məğlub edərək qızıl medalların sahibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti