Azərbaycanda bu klub avrokuboklarda iştiraka RAZILAŞDI

19 Aprel 09:25 Voleybol 1 090
Azərbaycanda bu klub avrokuboklarda iştiraka RAZILAŞDI

Kişi voleybolçulardan ibarət "Ordu" komandası avrokuboklarda mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "hərbçilər"in baş məşqçisi Cavid Süleymanov açıqlama verib.

Mütəxəssis Azərbaycan Yüksək Liqasının finalında "Xilasedici"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb:

"Ordu" tarixində ilk dəfə finala yüksəlmişdi. Bu oyunçular tarix yazıblar.

Komandamız növbəti mövsüm üçün daha da güclənəcək.

Avrokuboklara vəsiqə qazanmışıq. Bu haqqımızdan da istifadə edəcəyik".

C.Süleymanov rəqibi qələbə münasibəti ilə təbrik edib:

"Biz onlara çox yaxşı müqavimət göstərdik. Bəzi elementlərdə üstün oldular. Bu da qalib gəlmələrində rol oynadı".

Final oyununda "Xilasedici" "Ordu"nu 3:1 hesabı ilə üstələyib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM