Çmmpion baş məşqçi: “Oyunçularıma minnətdaram”

08:40 Voleybol 97
Çmmpion baş məşqçi: “Oyunçularıma minnətdaram”

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında "Xilasedici"nin "Ordu" ilə final oyunu çox gərgin keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov matçdan sonra açıqlamasında bildirib.

Mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri həlledici qarşılaşma haqqında fikirlərini bölüşüb:

"Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Azarkeşləri salamlayıram.

Çox gərgin oyun alındı. Buna baxmayaraq, istəyimizə çatdıq. Oyunçularıma minnətdaram".

C.Cəlilov gözəl oyuna görə rəqibi də təbrik edib:

"Onlar bu mövsüm uğurlu çıxış etdilər, finaladək irəlilədik. Final oyunu da çox gözəl alındı. Komandamız çətin görüşə hazır idi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!