"Möhtəşəm Azərbaycan çempionatına şahidlik etdik"

19 Aprel 08:20 Voleybol 647
"Möhtəşəm Azərbaycan çempionatına şahidlik etdik"

"Kişi voleybolçuları arasında Azərbaycan Yüksək Liqasında mövsüm möhtəşəm keçib".

Sportinfo.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə final oyunundan sonra açıqlama verib.

O, qızıl medal uğrunda qarşılaşmanın maraqlı alındığını söyləyib:

"Azərbaycan voleybolu üçün böyük bayramdır. Möhtəşəm çempionata şahidlik etdik.

Final matçında iki yeni qurulmuş kollektiv mübarizə apardı. Gözəl oyun izlədik.

Azərbaycan Voleybol Federasiyasına təşəkkür edirəm. Belə yarış təşkil etdikləri üçün onlara minnətdaram.

Finalda oynayan kollektivlər avrokuboklara vəsiqə qazanıblar. Onlara beynəlxalq arenada uğurlar arzulayıram".

Final oyununda "Xilasedici" "Ordu"nu 3:1 hesabı ilə üstələyib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!