Pley-off oyunlarının vaxtı müəyyənləşdi - Yüksək Liqada

13 Mart 05:00 Voleybol 628
Pley-off oyunlarının vaxtı müəyyənləşdi - Yüksək Liqada

Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələlərinin başlayacağı tarix bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Bildirilib ki, qadın komandalar arasında pley-off mərhələsinin oyunlarına martın 27-də, kişilərin yarışında isə aprelin 6-da start veriləcək.

Bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları aprelin 18-19-da keçiriləcək.

Pley-off və yarımfinal oyunları 2 matçdan (ev-səfər) ibarət olacaq. İki görüşün yekununda komandaların qələbələri bərabər olarsa, "qızıl" set oynanılacaq.

Bürünc və qızıl medal uğrunda isə bir oyun baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!