"Abşeron" və "Turan" qələbə istəyini həyata keçirdi

13 Mart 04:40 Voleybol 608
"Abşeron" və "Turan" qələbə istəyini həyata keçirdi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son olaraq daha iki qarşılaşma baş tutub.

Əvvəlcə "Abşeron" "Gənclər"i 3:0 (25:19, 25:20, 25:17), ardınca isə "Turan" "Azərreyl" kollektivini 3:0 (25:14, 25:22, 25:18) hesabı ilə üstələyib.

Hər iki matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

"DH Volley" UNEC-i (3:0), "Milli Aviasiya Akademiyası" "Gəncə"ni (3:2) məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!