Bakı klubundan növbəti…

23 Yanvar 2022 02:00 Voleybol 869
Bakı klubundan növbəti…

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, I turdan təxirə salınan “Azərreyl” – UNEC görüşü Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

Görüş “dəmiryolçular”ın üstünlüyü ilə start götürüb. Bunun nəticəsi olaraq Famil Ağayevin yetirmələri ilk seti 11 top fərqilə qazanıblar.

Ardınca “tələbələr” status-kvonu bərpa etsələr də, bundan artığına gücləri çatmayıb. “Azərreyl” rəqibini 3:1 hesabı ilə məğlub edib.

Bu qələbə “dəmiryolçular”ın “Abşeron”a çatması ilə nəticələnib. Lakin “Azərreyl” turnir cədvəlində set fərqinə görə ikinci pillədə qalıb.

I tur, təxirə salınan oyun
“Azərreyl” – UNEC - 3:1 (25:14, 19:25, 25:18, 25:15)

N

K

O

Q

M

S

T

X

1

Abşeron

2

2

0

6-0

151-104

6

2

Azərreyl

2

2

0

6-1

171-61

6

3

UNEC

2

0

2

1-6

115-169

0

4

Murov

2

0

2

0-6

116-153

0

Digər Xəbərlər
Xəbər Lenti