Bakıya gəlmək istədiyi üçün əsgərliklə hədələnir!

7 Mart 2020 14:50 Türkiyə 829
Bakıya gəlmək istədiyi üçün əsgərliklə hədələnir!

Türkiyə millisinin futbolçusu Mərt Müldürə Avstriya millisində oynaması üçün təzyiq göstərilir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

İtaliyada - “Sassuolo"da çıxış edən Müldür Avstriyanın paytaxtı Vyanada anadan olub. Mərt milli komandada çıxış etmək üçün Türkiyəni seçib. Lakin ötən ilin dekabrında Avstriya millisinin baş məşqçisi Franko Foda da ona AVRO-2020-də çıxış etmək şansları qalan komandasının heyətində oynamaqla bağlı təklif göndərib.

Foda “Gəl bizdə oyna, səni mütləq Avropa çempionatının final mərhələsinin heyətinə salacağam” - deyib.

Müldür Türkiyə milli komandasının heyətində hazırlıq qarşılaşmasında çıxış etsə də, rəsmi qarşılaşmada oynamadığı üçün hələ də başqa bir ölkənin əsas millisində çıxış etmək şansı var. Lakin o, Avstriya millisinin təklifindən imtina edib və Türkiyə yığmasında oynamağın uşaqlıq arzusu olduğunu qeyd edib.

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş AVRO-2020-nin seçmə mərhələsində Müldürü Andorra ilə matçda meydana buraxmaq niyyətində olsa da, futbolçunun zədələnməsi planları pozub.

Bunu fürsət bilən Avstriya isə Mərt Müldürə qarşı təzyiqlərə başlayıb. Avstriya Futbol Federasiyası və Müdafiə Nazirliyi bu mənada bir növ əməkdaşlığa əl atıb və oyunçu hərbi xidmətə çağrılıb.

Altı aylıq hərbi mükəlləfiyyəti olan futbolçunun “Sassuolo” ilə müqaviləm var və mövsümün ortasındayıq” deyə etirazı isə qəbul edilməyib.

Hadisələr bundan sonra daha mürəkkəb məcrada inkişaf edib. Belə ki, rəsmilər “Ancaq Avstriya üçün oynasan, bu problem həll olunar və hərbi xidməti təxirə salarıq” deyərək futbolçuya təklif ediblər. Hətta ölkənin Müdafiə nazirinin də “Avstriya üçün oynasın, istənilən köməyi edərik” ifadəsini səsləndirdiyi iddia olunur.

Mərt Müldür baş verənlərlə bağlı dərhal Türkiyə Futbol Federasiyasına müraciət edib.

Digər Xəbərlər
Xəbər Lenti