"Bakıya gələ bilməsəm də, ürəyim burada olacaq"

23 Fevral 2020 15:20 Türkiyə 564
"Bakıya gələ bilməsəm də, ürəyim burada olacaq"

"Əvvəllər də Bakıya gəlmişəm. Həm futbolçu olduğum vaxt, həm də ötən il səfərim olub".

Sportinfo.az xəbər verir ki, Nihat Kahveci Türkiyə yığmasının Avropa çempionatının seçmə mərhələsində uğurlu çıxış etdiyini deyib.

41 yaşlı sabiq hücumçu "ay-ulduzlar"ın AVRO-2020-də Bakıda keçirəcəyi oyunları barədə fikirlərini söyləyib. "Buna çox sevindik. İnanıram ki, Azərbaycan da bu uğuru qazanacaq.

Bakı bizim üçün favorit şəhərdir. Burada öz evimizdəki kimi oynayacağıq. Stadionun çoxu bizi dəstəkləyəcək. Bu da milliyə əlavə motivasiya verəcək.

Azərbaycan xalqının bizi dəstəkləyəcəyinə şübhəm yoxdur. Ümid edirəm ki, qrupdan çıxarıq. İlk dəfə Bakıda oynayacağımızı eşidəndə sanki İstanbulda oynayacağımız qədər sevindik. Oyunları izləmək üçün Bakıya gəlmək istəyirəm. Gələ bilməsəm də, ürəyim burada olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"