Cəmi 4 ay baş məşqçi oldu

16 Fevral 2020 16:01 Türkiyə 676
Cəmi 4 ay baş məşqçi oldu

Türkiyənin "Dənizlispor” klubu baş məşqçi Mehmet Özdileklə yolları ayırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, istefa qərarı superliqanın 22-ci turunda “Kayserispor”a məğlubiyyətdən (0:1) sonra çıxarılıb.

Mehmet Özdilek komandaya ötən ilin oktyabrında baş məşqçi təyin olunmuşdu. Onun bu klubda fəaliyyəti cəmi 4 ay çəkib.

Qeyd edək ki, “Dənizlispor” hazırda superliqada 24 xalla 11-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti