“Bakı”lı Super Liqa klubunun baş məşqçisi oldu

11 Fevral 2020 22:20 Türkiyə 1 577
“Bakı”lı Super Liqa klubunun baş məşqçisi oldu

“Konyaspor”un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Bülent Korkmaz çalışdıracaq.

51 yaşlı mütəxəssislə 1,5 illik razılıq əldə olunub. Bülent Korkmaz bu postda bir neçə gün öncə istefaya göndərilən Aykut Kocamanı əvəz edib.

Son olaraq “Antalyaspor”un baş məşqçisi olmuş Korkmaz “Qalatasaray”, “Mersin İdmanyurdu”, “Kayseri Erciyesspor”, “İstanbul BB”, “Karabükspor” klublarında da çalışıb. O, 2009/10 mövsümündə “Bakı”da da baş məşqçi kimi fəaliyyət göstərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR