"Beşiktaş" yeni baş məşqçi ilə müqavilə bağladı

29 Yanvar 2020 17:31 Türkiyə 1 013
"Beşiktaş" yeni baş məşqçi ilə müqavilə bağladı

"Beşiktaş" Sərgən Yalçının komandanın sükanı arxasına təyinatını açıqlayıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi yeni baş məşqçisi ilə 1,5 illik müqavilə imzalayıb. "Qara qartallar" bu gün 47 yaşlı mütəxəssisin rəhbərliyi altında ilk məşqinə çıxıb.

"Beşiktaş"ın yetirməsi olan Sərgən son olaraq "Malatyaspor"u çalışdırıb. Gənc mütəxəssis indiki postda bir neçə gün öncə istefaya göndərilən Abdullah Avcını əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM