İcarəyə götürmək üçün "Beşiktaş"ı razı salmaq üzrədir

28 Yanvar 2020 09:56 Türkiyə 824
İcarəyə götürmək üçün "Beşiktaş"ı razı salmaq üzrədir

"Beşiktaş"ın futbolçusu Oğuzhan Özyakup karyerasını Niderlandda davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Feyenoord"la danışıq aparır.

Rotterdam təmsilçisi Türkiyə yığmasının üzvünü icarəyə götürmək üçün İstanbul klubunu razı salmaq üzrədir. Keçid yaxın günlərdə rəsmiləşəcək.

Niderlandın Zandam şəhərində doğualn Oğuzhan "AZ Alkmaar"ın yetirməsidir. O, "Beşiktaş"a 2012-ci ildə "Arsenal"dan keçib. Niderlandın U-17 və U-19 millilərində çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR