
Joze Mourinyo “Fənərbaxça”dan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu mövzuda danışmaq istəmədiyini deyib:
“Gələcəkdə komandada qalıb-qalmayacağımı deməyəcəyəm. Bu, ictimaiyyət qarşısında müzakirə edilməməli daxili məsələdir.
Prezidentimizə və klub rəhbərliyinə hörmət olaraq bu mövzuda danışmaq istəmirəm”.
62 yaşlı mütəxəssis 2024-cü ilin iyulunda “Fənərbaxça”ya baş məşqçi təyin olunub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Hazırda onun rəhbərlik etdiyi “Fənərbaxça” Türkiyə Super Liqasında 75 xalla 2-ci pillədə qərarlaşıb.