
“Qalatasaray”ın və Türkiyə millisinin sabiq hücumçusu Ümit Karan həbs olunub.
Sportinfo.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
Veteran hücumçu təcavüzdə ittiham olunub.
Məhkəmə Ümid Karan barəsində 1 il 8 ay həbs qərarı çıxarıb. 48 yaşlı sabiq hücumçu “Metris” həbsxanasına göndərilib.
Ümit Karan həbs olunması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
“2015-ci ildən bir cinayət işim var idi. Vəkillərlə birlikdə məhkəmədə lazım olan prosedurları etdim.
Hazırda həbsdə deyiləm. Yalan xəbərlər yazmaq lazım deyil”, - sabiq futbolçu haqqında çıxan xəbərləri təkzib edib.
Ümid Karan 2001-2005 və 2005-2009-cu illərdə “Qalatasaray”ın formasını geyinib. O, Türkiyə yığmasının heyətində 10 oyun keçirib və 1 qol vurub.