
Türkiyə Super Liqasında 34-cü turun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, lider "Qalatasaray" öz meydanında "Sivasspor"la üz-üzə gəlib.
Matçda ev sahibləri rəqibini 4:1 hesabı ilə darmadağın etməyi bacarıb.
Sona 4 tur qalmış "Qalatasaray" bu qələbə ilə 83 xalla liderliyini davam etdirir. "Fənərbaxça" 1 oyun əksiklə 8 xal geridədir.
"Qalatasaray" - "Sivasspor" - 4:1
Qollar: L.Torreyra,9, Osimhen,15, 31, B.Yılmaz, - R.Manaj,33