
“Mançester Siti”nin transfer siyahısında yer alan “Qalatasaray”ın yarımmüdafiəçisi Qabriel Saranın qiyməti məlum olub.
Sportinfo.az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu braziliyalı futbolçu üçün 40 milyon avro tələb edir.
“Şəhərlilər” Saranı almaq qərarına gəlsələr, bu məbləği ödəməli olacaqlar.
25 yaşlı oyunçu cari mövsümdə bütün turnirlərdə 41 oyunda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun “Qalatasaray”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
“Transfermarkt” portalı Saranın bazar dəyərini 22 milyon avro qiymətləndirir.