İspaniyalı dünya çempionu "Qalatasaray"ın məşqçisi olacaq?

22 Mart 2023 22:00 Türkiyə 886
İspaniyalı dünya çempionu "Qalatasaray"ın məşqçisi olacaq?

"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Xuan Mata ilə bağlı qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, "sarı-qırmızılar" İspaniya millisi ilə dünya çempionu olmuş 34 yaşlı yarımmüdafiəçinin komandada qalmasını istəyir.

Amma futbolçu kimi yox. İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk təcrübəli futbolçunun məşqçi olaraq davam etməsini istəyir. Rəhbərlik ispaniyalı oyunçuya bununla bağlı təklif edəcək.

Xuan Mata "Qalatasaray"a mövsümün əvvəlində keçib. O, komandanın heyətində meydana çıxdığı 14 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"