"Baş məşqçi onu əvəz edəcək oyunçunu axtarır" - "Lənkəran"ın kapitanı

9 Dekabr 2024 08:20 Basketbol 1 287
"Baş məşqçi onu əvəz edəcək oyunçunu axtarır" - "Lənkəran"ın kapitanı

"Hər matça qələbə üçün çıxırıq".

Sportinfo.az xəbər verir ki, bunu "Lənkəran"ın basketbolçusu Rəşid Abbasov deyib.

Kapitan komanda yoldaşlarına güvəndiyini bildirib:

“Ordu”ya məğlubiyyət qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün daha çox səbəb yaratdı. Heç bir nəticə komandamızın ab-havasına geniş miqyasda təsir edə bilməz.

Həmişəki kimi mübarizəmizi davam etdirməyə hazırıq. Əsas üzvlərimizdən Qreqori Miltonu itirdik.

Lakin bu komandaya çox təsir etmədi və əvvəlki kimi məşqlərə davam edirik. Baş məşqçi onu əvəz edəcək oyunçunu axtarır.

Hər bir basketbolçu statusundan asılı olmayaraq, komanda üçün əlindən gələni edir”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu