“Real”da 50-ci matçına çıxdı, “Fənərbaxça”ya milyonlar qazandırdı - Arda Güler

3 May 12:20 Türkiyə 1 408
“Real”da 50-ci matçına çıxdı, “Fənərbaxça”ya milyonlar qazandırdı - Arda Güler

Arda Güler “Real Madrid”də 50-ci rəsmi oyununa çıxdığı üçün sabiq klubu “Fənərbaxça” bonus əldə edib.

Sportinfo.az xəbər verir ki, türkiyəli futbolçunun İspaniya nəhəngində 50-ci matça çıxması ilə müqavilədəki bəndə əsasən “Fənərbaxça” 4 milyon avro qazanıb.

Həmçinin “sarı-lacivərdlilər”in müqavilə əsasında “kral klubu” ilə yoldaşlıq oyunu keçirmək hüququna sahib olduğu da məlum olub.

Arda Güler Madrid klubunda çıxdığı 50 oyunda 10 qol və 8 assistə imza atıb.

Gənc ulduz 2023-cü ilin yayında “Fənər”dən “Real”a keçib. Onun 50-ci matçı “Barselona” ilə keçirilən İspaniya Kral Kubokunun final oyunu olub.

Digər Xəbərlər
Xəbər Lenti