MİLLİMİZİN ÜZVÜ: "Həmişə onun kimi olmağa çalışmışam"

10 Mart 2020 09:14 Tokio-2020 777
MİLLİMİZİN ÜZVÜ: "Həmişə onun kimi olmağa çalışmışam"

"Bakıda keçirilən karate üzrə ənənəvi “Baku open” turnirinin bu dəfə Rafael Ağayevin yubileyinə həsr olunması məni çox sevindirdi.

Rafael Ağayevlə bir komandanın üzvü olmaqdan məmnunluq duyuram. Həmişə onun kimi olmağa çalışmışam.

O, uşaqlıqdan mənim üçün nümunə olub. Hər ikimiz artıq olimpiadaya vəsiqə qazanmışıq. Tokio Olimpiadasına vaxtından əvvəl lisenziya qazandığımız üçün digər yarışlara hazırlaşmaq üçün kifayət qədər vaxtımız var.

İndi əsas hədəf Avropa çempionatıdır. Bakıda martın 25-29-da keçiriləcək 55-ci Avropa çempionatına artıq hazırlığa başlamışıq. Gələn həftənin ikinci günü təlim-məşqlərə start veriləcək".

Sportinfo.az xəbər verir ki, bu sözləri karate üzrə yığma komandanın üzvü İrina Zaretska deyib. O qeyd edib ki, doğma arenada keçiriləcək qitə çempionatında təkcə şəxsi yarışlarda deyil, komanda yarışlarında da medal qazanmaq arzusundadır:

“Artıq komandamız bir dəfə Avropa çempionatının qalibi olub. Bu uğuru təkrarlamaq istəyirik. Avropa çempionatından sonra artıq Tokio Yay Olimpiya Oyunlarına hazırlığa başlayacağıq. Ən böyük arzum “Tokio 2020”də Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaqdır.

Xəbər Lenti