Paytaxtda 1,44 milyard dollarlıq stadion açıldı - VİDEO

17 Dekabr 2019 23:45 Tokio-2020 618
Paytaxtda 1,44 milyard dollarlıq stadion açıldı - VİDEO

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının əsas stadionunun açılışı olub.

Sportinfo.az xəbər verir ki, arenanın açılışı Yaponiyanın Baş Naziri Sindzo Abe və bir neçə rəsmi şəxsin iştirakı ilə keçib.

Stadionda ilk ictimai tədbir dekabrın 21-də keçiriləcək. Yanvarın 1-də orada futbol üzrə Yaponiya Kubokunun finalı baş tutacaq. Olimpiya stadionu üç il ərzində tikilib.

1,44 milyard dollarlıq tikilinin memarı Kenqo Kumadır. 68 min tamaşaçı üçün nəzərdə tutulan stadionda Olimpiadanın açılış və bağlanış mərasimləri, eləcə də futbol və yüngül atletika üzrə yarışlar keçiriləcək.

Yay Olimpiya Oyunları 2020-ci ilin 24 iyul – 9 avqust tarixlərində keçiriləcək. Güman olunur ki, yarışların keçirilməsinə 18 milyard dollara yaxın pul xərclənəcək.

Xəbər Lenti
31 Mart 13:26 Məsut ata - FOTO