
"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu.
Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib.
400 metr məsafəyə qaçışda 55 saniyə nəticə ilə bütün rəqiblərini geridə qoyan idmançı Tokiodakı yarışa uzun müddət hazırlaşdığını bildirib: "Bu, hələ başlanğıcdır.
Biz 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına hazırlaşacağıq. Əminəm ki, oradada ölkəmi layiqincə təmsil edəcəyəm".
Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda gümüş medala sahib çıxıb.