TOKİO-2020: Erməni Rafiqin medal qazanmasına mane ola biləcəkmi?

2 Avqust 2021 19:40 Tokio-2020 943
TOKİO-2020: Erməni Rafiqin medal qazanmasına mane ola biləcəkmi?

Sabah Azərbaycanın 3 güləşçisi Tokio Olimpiadasında mübarizə aparacaq. Onlardan ikisi çıxışına bu gün start verib, amma uğursuzluq yaşayıb.

Sadəcə, həm Rafiq Hüseynov (77 kq), həm də Elis Manolovanı (68 kq) məğlub edən idmançılar finala yüksəldiyindən Azərbaycan pəhləvanları da təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib.

Burada isə hər iki görüşü udmaqla bürünc medal qazanmaq olar. Rafiq Hüseynov bu mərhələdə ilk görüşünü tunisli Lamjed Maafiyə qarşı keçirəcək.

Avropa çempionumuz qələbə qazanacağı təqdirdə bürünc medal uğrunda erməni Karapet Çalyanla güləşəcək. Rafiqin ilk görüşü Bakı vaxtı ilə təxminən səhər saat 6-da başlayacaq.

Elis Manolova isə bürünc medal qazanmaq üçün əvvəlcə qırğızıstanlı Meerim Jumanazarovanı, daha sonra monqolustanlı Battsetseq Soronzonboldu məğlub etməlidir.

Bu 2 pəhləvandan başqa sabah daha bir güləşçimiz - İslam Abbasov da (87 kq) xalça üzərinə çıxacaq. Onun ilk rəqibi Kuba təmsilçisi Daniel Qreqoriç olacaq.

Xatırladaq ki, Tokio-2020-də artıq 27 idmançımız çıxışını başa vurub. Onlardan yalnız cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges bürünc medal qazanıb.

SPORTİNFO.AZ

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"