Yoluna bu cür də davam et, Samir Abasov!

3 Dekabr 2023 21:20 Sumqayıt 1 237
Yoluna bu cür də davam et, Samir Abasov!

Altı həftədir ki, «Sumqayıt» uduzmur.

Bu, Samir Abasovun rekordu olsun gərək ki.

Heç bir oyuna 1 xal üçün çıxmayan baş məşqçidən danışırıq.

Abasovun ağlında futbolun üç ölçüsündən ikisi kök salıb - qələbə və məğlubiyyət. Heç-heçə ilə bağlı təsəvvürləri özünə yaxın buraxmır.

«Sumqayıt» Tovuzdakı oyunun ilk hissəsində iki qol vurur və fasiləyə üstün yollanır. İkinci yarıya müdafiədən başlayacaqları gözlənilmir, bu, baş vermir.

Abasovun tapşırığı dəyişməyib - yalnız irəli! Və bundan istifadə edən «Turan» əvvəlcə fərqi azaldır, ardınca hesabı bərabərləşdirir.

«Sumqayıt» yenə inadından əl çəkmir, önə çıxmağa çalışır. Ev sahibləri arxa zonada boşluqlar tapdığı qonaqların qapısına gəlməkdə davam edir, üç real epizod yaradır.

Gecənin sayrışan göy ulduzları Abasovun üzünə gülür, top «Sumqayıt»ın qapısından keçmir ki keçmir!

Tribunada gah əyləşmiş, gah da ayaqüstə dayanmış halda kameralara tuş gələn Abasov nədənsə narazıdır, əl-qol hərəkətləriylə yanındakı şəxsə nələrsə deyir, şikayətlənir.

Təxmin etmək olar ki, hücum fazasında işlərin ilk hissədəki kimi alınmamasına əsəbiləşib.

Bu, yaxşı xüsusiyyətdir. Samir Abasovun «Sumqayıt»ı qələbəyə oynatması təqdirəlayiq haldır. Çempionatın maraqlı və rəngarəng keçməsi baxımından.

İstərdik ki, o, yoluna bu cür də davam etsin. Baxımlı və açıq futbol vurğunu olan məşqçini futbol ilahəsi heç vaxt göydən yerə çırpmaz.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"