
Bir neçə həftə əvvəl Avropanın məşhur uşaq futbol akademiyalarından olan MARCET-in rəhbərliyinin və seleksiyaçı məşqçilərinin Bakıya səfəri barədə xəbər yayıldı.
Məlum oldu ki, onları Azərbaycanda yeni fəaliyyətə başlayan ASTA (Azerbaijan Sport Talents Academy) dəvət edib.
MARCET-in nümayəndələri 2008-2009-cu il təvəllüdlü yeniyetmələr arasından Barselonaya gedəcək 15 nəfəri seçdi.
Sentyabrda həmin futbolçular MARCET Akademiyasına yollanacaq və 3 il orada həm futbolun sirlərini öyrənəcək, həm də təhsil alacaq. Bütün bunların xərcini isə 3 il ərzində ASTA ödəyəcək...
Mövzu ilə bağlı bütün suallara Sportinfo. TV-nin redaktoru İlkin Fikrətoğlu hazırladığı süjetdə cavab tapmağa çalışıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: