
Yanvarın 11-i Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ilk prezidenti Fuad Musayevin doğum günü idi.
Yaşasaydı, 85 illik yubileyini qeyd edəcəkdi.
Bundan 12 gün əvvəl isə Fuad Musayevin qurub-yaratdığı AFFA özünün 30 illik yubileyini təmtəraqla qeyd etdi.
Tədbirdə etika xatirinə olsa belə, AFFA-nın ilk və ondan sonrakı prezidentləri xatırlanmadı. Nə adları çəkildi, nə xatirələri sükutla anıldı...
Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetində AFFA-nın ilk prezidentini 85 illiyində yada salıb, assosiasiyanın indiki rəhbərliyini də "unutmayıb".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: