
Azarkeş hələ bir neçə gün də bu oyunun təsiri altında olacaq.
Adi bir iş deyil,
Azərbaycan çempionu Polşanın ən güclü komandasına 5 qolla qalib gəlib. Halbuki illər əvvəl bu aqibəti polyaklar bizim milli komandamıza, klublarımıza yaşadırdı.
Elə həmin bu "Lex" 4 dəfə bizim komandaları - "Karvan", "İnter" və 2 dəfə "Xəzər Lənkəran"ı avrokuboklardan kənarlaşdırmışdı.
"Qarabağ" bu qələbə ilə sanki "Lex"dən Azərbaycan futbolunun bütün qisasını aldı, heyfini çıxdı...