"SPORTİNFO TV": “O, dollar deyil ki, millidə hamının xoşuna gəlsin” - VİDEO

12 Oktyabr 2021 20:40 Sportinfo TV 933
"SPORTİNFO TV":  “O, dollar deyil ki, millidə hamının xoşuna gəlsin” - VİDEO

"Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı Nizami Hacıyev olub.

Millinin keçmiş yarımmüdafiəçisi millinin baş məşqçisi Canni De Byazi ilə futbolçular arasında yaranan problemlərə münasibət bildirib.

O, italiyalı mütəxəssisdən sonra yığmanı “İnter”dən (“Keşlə”) yaxşı tanıdığı Kaxaber Sxadadzeyə tapşırılmalı olduğunu söyləyib.

Hacıyev yerli çalışdırıcılardan Tərlan Əhmədovla Qurban Qurbanova böyük simpatiya bəslədiyini gizlətməyib.

Daha ətraflı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz: (https://www.youtube.com/watch?v=vVTtco5IADI).

Verliş “E.C.A. Plus”un dəstəyi ilə hazırlanıb.

“E.C.A. Plus” mağazası Türkiyənin tanınmış brendləri OLAN ECA, CREAVIT ,LINEART, DUXXA markalarinin Azərbaycandakı rəsmi distribüteridir.

“E.C.A. Plus” mağazası keyfiyyətli və zəngin çeşidli məhsullarını müştərilərinə təqdim edir.

Digər Xəbərlər
Xəbər Lenti