“Mənə Azərbaycan barədə sual verilsə, söyləyəcəm ki...”

22 Mart 02:40 Sizdən Bizə 1 087
“Mənə Azərbaycan barədə sual verilsə, söyləyəcəm ki...”

"Azərbaycan şirniyyatları çox xoşuma gəldi".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.

Mütəxəssis Azərbaycanda qarşıladığı ilk Novruz bayramı barədə təəssuratlarını bölüşüb:

"Şirniyyatlarınızdan dadmaq imkanım oldu. Mənə Azərbaycan barədə sual verilsə, Avropanın ən gözəl 20 ölkəsindən biri olduğunu söyləyəcəm.

Bakıda təhlükəsiz şəkildə gəzmək, yaşamaq mümkündür.

Fürsətdən istifadə edib, bir daha Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm. İnanıram ki, bayram əhval-ruhiyyəsi Haiti üzərində qələbə qazanmağımıza yardımçı olacaq".

Martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti görüşü saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti