"İnter"in ulduzu: "Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır"

10 Sentyabr 2022 19:20 Sizdən Bizə 2 485
"İnter"in ulduzu: "Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır"

"Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır".

Sportinfo.az xəbər verir ki, bunu Milan "İnter"inin futbolçusu Federiko Dimarko "Torino" ilə bu gün keçiriləcək İtaliya A Seriyasının VI turunun matçı üçün hazırlanmış oyun proqramı üçün deyib.

24 yaşlı sol cinah müdafiəçisi "İnter"in əsas heyətinə düşməsinə görə, Bakıda Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la qolsuz heç-heçə başa çatan oyuna minnətdar olduğunu bildirib:

"Milan mənim sevimli yerimdir, evimdir. "İnter"ə qoşulmazdan əvvəl Kalvayratenin (Milanın rayonu – S.M.) məhəllə komandasında futbol oynamağa başlamışam.

Birinci komandaya yaxınlaşmağa başlayanda bir az daha özünə inanmağa başlayırsan. Xəyallarını gerçəkləşdirmək üçün çalışmaq lazımdır.

Mənim üçün digər vacib şəhər "İnter"də debüt etdiyim Bakıdır".

11 dekabr 2014-cü ildə Bakıda "Qarabağ"la "İnter" arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin son tur matçında Federiko Dimarko Danilo DAmbrozionu 84-cü dəqiqədə əvəzləyərək meydana daxil olub.

Həmin vaxt onun 17 yaşı olub.Uşaqlıq kumirinin "Fenomeno" ləqəbli braziliyalı Ronaldo olduğunu bildirən futbolçu sabiq komanda yoldaşlarının adlarını da çəkib:

"Otaq yoldaşı üçün Maykon yaxşı insandır. Samuel də xoşuma gəlirdi. Məşqdə qarşılaşmaq üçün Sneyderin adını çəkərdim.

Seçdiyim ən yaxşı qol isə "İnter" forması ilə "Sampdoriya"ya qarşı cərimə zərbəsindən vurduğum ilk qoldur. İlk məhsuldar ötürməm isə Şkrinyarın "Bolonya"ya vurduğu qol zamanı olub".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”