Premyer Liqamızda işləmiş tanınmış məşqçidən MARAQLI AÇIQLAMA

13 Mart 2022 19:40 Sizdən Bizə 1 487
Premyer Liqamızda işləmiş tanınmış məşqçidən MARAQLI AÇIQLAMA

“Azərbaycan yadımda necə qalıb? Çox yaxşı, əla, möhtəşəm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Bakı“nın keçmiş baş məşqçisi Bojidar Bandoviç deyib.

2013-2014-cü illərdə paytaxt klubunu çalışdırmış monteneqrolu mütəxəssis aradan uzun müddət keçsə də, ölkəmizlə əlaqələrinin kəsilmədiyini bildirib:

“İnsanlarla mükəmməl münasibətə sahib idim və bu gün də bəziləri ilə əlaqəm var. Oradakı sakitlik, gözəllik və həyat səviyyəsi də yaddaşımda xoş izlər buraxıb.

“Bakı”ya gəlincə, kim nə düşünür, bilmirəm. Mənə görə o vəziyyətdə o komanda ilə “altılığ”a vəsiqə qazanmağın özü belə uğur idi.

Fikrimcə, minimum hədəfin öhdəsindən gəlməyi bacarmışdıq“.

Digər Xəbərlər
Xəbər Lenti