Ötən həftə “Sabah”dan ayrılan Coy-Lens Mikelsin yeni klubu dünən rəsmən müəyyənləşdi.
Almaniyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
O, “Əl-Faysal”la 3 illik (2+1) müqavilə imzalayıb.
2021-ci ildən “Sabah”da çıxış edən və bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vuran 29 yaşlı forvard Ərəbistan yarımadasında böyük pullar qazanacaq.
İllik gəliri 750-800 min avro civarında olacaq. Razılaşmanın bir maraqlı tərəfi də əlavə bonuslarla bağlıdır.
Mikels burada vuracağı hər qola görə 10 min avro alacaq. Komanda çempionluq titulu əldə edərsə, ona 200 min avro ödəniləcək.
Gümüş medalın qarşılığı 150 min avro təşkil eləyəcək. Bürünc medalın əvəzində isə 100 min avro irəli düşəcək.
SPORTİNFO.AZ