"Mançester Yunayted"də "Sabah"dan nə deyirlər?

5 Sentyabr 01:50 Sabah 1 371
"Mançester Yunayted"də "Sabah"dan nə deyirlər?

“Mançester Yunayted”in rəsmi saytı komandanın bu ay keçiriləcək oyunlarını təqdim edərkən, Çempionlar Liqasının əsas mərhələsində “Sabah”a qarşı açılış matçını (10 sentyabr) da xüsusi vurğulayıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” həmin görüş və Azərbaycan çempionu ilə bağlı bunları yazıb:

"Növbəti cümə axşamı “Mançester Yunayted"in Çempionlar Liqasına geri qayıdışından 1000 gündən çox vaxt keçəcək. Çox da tanınmayan “Sabah” komandası çoxdan gözlənilən yarışa qayıtmamızdan sonra ilk rəqibimiz olacaq.

Yalnız 2017-ci ildə qurulan Azərbaycan çempionları, təsnifat mərhələsində TNS, “KuPS", "Orhus” və “Hapoel”(Beer-Şeva) üzərində qələbələrdən sonra əsas mərhələdə debüt edirlər.

Onları necə də debüt matçı gözləyir! Çempionlar Liqasının ilk oyun günü üç axşam oynanılacaq ki, bu da bu yarışda 300-cü oyunumuzun qeyri-adi vaxtını izah edir".

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu