"Sabah"dan üçqat...

22 Noyabr 2023 03:00 Sabah 752
"Sabah"dan üçqat...

“Sabah” Premyer Liqanın 13-cü turunda “Turan Tovuz”a qalib gəlib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, 3:2 hesablı səfər qələbəsi Bakı klubu üçün üçqat yubileylə əlamətdar olub.

Paytaxt təmsilçisi 2018/19 mövsümündən çıxış etdiyi Premyer Liqada 60-cı dəfə üç xal qazanıb. Bu, həm də “Sabah”ın səfərdəki 30-cu qələbəsi olub.

Bakılılar “60”a 153-cü, “30”a 77-ci oyununda çatıb. Bu qarşılaşmada vurulan ilk top da klub tarixinə düşüb. Davit Volkovun hesabı açması ilə “Sabah” Premyer Liqada 200-cü qolu vurub.

“Sabah”ın hər üç göstəricidəki ilkləri 2018-ci il avqustun 12-nə təsadüf edib. Səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edən Bakı klubunun heyətində Marko Deviç fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu