«Xəzər Dəniz Gəmiçiliyi» ASC-nın (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev «Səbail»in futbolçularını mükafatlandırıb.
O, Premyer Liqanın 12-ci turunda «Turan Tovuz»a 2:1 hesabıyla qalib gələn komandanın üzvlərinə 2500-3000 manat civarında ödəmə edib.
Qarşılaşmadan sonra paltardəyişmə otağına baş çəkən klubun Müşahidə Şurasının sədri oyunçulara öz təbriklərini çatdırıb, avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdirməli olduqlarını xatırladıb.
Vəliyev bildirib ki, bu yolda kollektivə hər cür dəstək verəcək.
Bayılda keçirilən matçda hesabı tovuzlular açıb. Otto Con qol pərdəsini aralayıb. «Dənizçilər» yalnız fasilədən sonra geridönüş edib.
Rüfət Abdullazadə 47-ci dəqiqədə bərabərlik qolunu vurub. Aleksandr Ramalinqom isə 78-ci dəqiqədə penaltidən fərqlənib.
SPORTİNFO.AZ

